"Gəncsən? Başla!" kitabından mənalı sitatlar | Kitab sözləri

"Gəncsən ? Başla!" kitabından mənalı sitatlar | Kitab sözləri

Fərdi inkişaf kitabı olan «Gəncsən? Başla!» öz kateqoriyasında ən çox satılan kitablardan biridir. Kitabda  insanın özünü inkişaf etdirib daha uğurlu və mənalı bir həyata nail ola bilməsi üçün müxtəlif tövsiyyələr, kəlamlar və maraqlı hekayələr yer alır.

Nadir Adilov – Hüquq üzrə fəlsəfə doktoru, dosent,Mediasiya Şurası İdarə Heyətinin sədri.

 

Hə, üzün gülsün! Gəncsən? Başla! Xəyallarından böyük uğurlar səni gözləyir!

«Gəncsən? Başla!», Nadir Adilov


  • Heç kim və heç nə səni səndən daha yaxşı motivasiya edə bilməz. Özünün müəllimi olmağı öyrən.
  • Öyrənmək istəyən bəhanə deyil, çıxış yolu axtarır.
  • İstəyənə çarə hər zaman var, istəməyən üçün detallar bəhanədir.
  • Böyük rus yazıçısı, insan ruhunun bilicisi Tolstoy deyirdi:
    Fikir hər şeyin başlanğıcıdır.
  • Unutma ki, bu dünyada heç bir iş sənin iradəndən güclü deyil.

Davamı →

"21 günə Həyatını Dəyiş" kitabından maraqlı sitatlar | Kitab sözləri

 

Həyat özünüzü sevmək üçün ucu-bucağı olmayan bir fürsətdir: keçmiş, indi və gələcək.

21 günə Həyatını Dəyiş, Luiza Hey

 


 

  • Sevginizi başqaları ilə paylaşın. Çünki başqalarına bəxş etdiyimiz hər şey qat-qat çoxalaraq özümüzə qayıdır.
  • «Etməliyəm» sözünü «edə bilərəm» sözü ilə əvəz edin.«Edə bilərəm» deməklə özünüzə seçim fürsəti yaradırsınız və seçim edə bilmək azadlıq deməkdir.Biz dərk etməliyik ki,bu həyatda etdiyimiz hər şey seçim əsasında edilir.Həqiqətən də, heç bir şeyi mütləq «etməli» deyilik.Biz hər zaman seçim edə bilərik.
  • Özünü sevmək- həm daxilən, həm də zahirən özünüzlə bağlı hər şeyə böyük hörmət göstərmək deməkdir.

Davamı →

"Düşün və Varlan" kitabından maraqlı sitatlar | Kitab sözləri

 

Uğur onu fikirləşənin yanındadir, məğlubiyyətsə onu düşünəni izləyir.

Düşün və Varlan, Napoleon Hill

"Düşün və Varlan" kitabından maraqlı sitatlar | Kitab sözləri

  • İnamla yoğrulmuş arzuya sahib olan kəsin qarşısında heç bir maneə tab gətirə bilməz.
  • Hər bir məğlubiyyətdə potensial uğur toxumu yatır!
  • Sən kimi gəldi aldada bilərsən, yalnız özündən başqa.
  • Yeganə mövcud olan sərhəd, çəkdiyimiz sərhəddir.
  • Yalnız uğur barədə düşünənlərin bəxti gətirir.Talesizlik isə məğlubiyyəti gözünə alanların qismətidir.
  • Mən mehribanlıq badəsini geridə qalan gözəl dönəmlə doldururam.

Davamı →

Fərdi inkişaf kitablarından maraqlı sözlər | Kitab sözləri

 

Uğur ömürdə bir dəfə həyata keçirilən nəhəng dəyişikliyin deyil, gündəlik vərdişlərin məhsuludur.

Atomik Vərdişlər, James Clear

 

  • Həyatın əsl sevinci ən yüksək hesab etdiyin məqsədə doğru can atmaqdadır.
    Yüksək Effektli İnsanların 7 Vərdişi, Stephen R. Covey
  • Hər bir məğlubiyyətdə potensial uğur toxumu yatır!
    Düşün və Varlan, Napoleon Hill
  • Heç kim və heç nə səni səndən daha yaxşı motivasiya edə bilməz. Özünün müəllimi olmağı öyrən.
    Gəncsən? Başla!, Nadir Adilov
  • Dünyanın tanınmış motivasiya yönümlü natiqi Nik Vuyçiç deyirdi: «Həyatımın ilk mərhələlərində həyatımı dəyişəcək möcüzəni gözlədim. Sonra anladım ki, özüm həyatlar dəyişən möcüzəyəm».
    Kvan, Coşqun Kərimov

Davamı →

Kiyosakinin "Varlı Ata, Kasıb Ata" kitabından mənalı sitatlar | Kitab sözləri

«Varlı Ata, Kasıb Ata» kitabı  insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir.

 Robert Kiosaki və Şeron Lektorun müştərək yazdığı bu kitabda müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər.

Bildiyiniz şeylər ən böyük var-dövlətinizdir, lakin bilmədikləriniz ən böyük riskiniz ola bilər.

Varlı Ata, Kasıb Ata, Robert T. Kiyosaki
 
  • Uğura gedən yol uğursuzluqdan keçir.
  • Həyatda şansız, səhv etməyəndir.
  • Hamımız həyatdan iki gözəl hədiyyə almışıq: ağıl və vaxt.
  • İnsanın fikirləri onun həyatını formalaşdırır
  • Ona görə anlamırsan ki, anlamaq istəmirsən.
  • Bizim ən güclü aktivimiz ağlımızdır.

Davamı →

Hazırlıq proqramı necə olmalıdır?

Həftəlik dərs oxuma proqramını hazırlayarkən, gündəlik fəaliyyətinizi həftənin hər günü üçün ayrı-ayrı nəzərdən keçirməlisiniz. İstifadə edilə bilən proqram hazırlamaq üçün fəaliyyətinizi real olaraq proqramınızda əks etdirməlisiniz. Keçmişdə uğur əldə etmək üçün təklif olunan düşüncə “Oxumaq, oxumaq və yenə də oxumaq” şəklində idi. Halbuki günümüzdə çox oxumaq əvəzinə, “Təsirli və planlı şəkildə hazırlaşmaq” şüarı daha məqsədə uyğundur. Təsirli və planlı hazırlıq proqramının içərisində əyləncə, istirahət, ailəyə və sevdiklərinizə də vaxt ayırmaq mümkündür.
Bu proqramı 3 mərhələdə hazırlaya bilərsiniz:
Ardı →

Plansız oxumayın!

Bədbin düşüncələrdən uzaqlaşın, nikbin düşünün!...
İmtahan üçün nikbin şeylər düşünün, “imtahanı ölüm–qalım savaşına çevirməyin.” İmtahanda uğur əldə etməyəcəyiniz düşüncəsi sizə şəxsiyyət olaraq dəyərsiz, heç bir işə yaramayacaq bir insan olacağınız təəssüratını bağışlamasın. Uğur əldə etmənin başlıca məqsədiniz olduğunu, bu halda başqa seçimlərinizin də ola biləcəyini özünüzə tətbiq edin.
Keçmişdəki uğursuzluqlarınızı deyil, uğurlarınızı düşünün. Özünüzə aid bədbin düşüncələr əlinizi, qolunuzu bağlayar və sizi ruhdan salar. Uğursuzluqlarınızın səbəbini araşdırın, tapın və qarşısını alın. İmtahanlardakı uğurlarınızla mənəvi dəyərlərinizi bir tutmayın. İmtahanlarda tətbiq olunan testlər mənəviyyat testləri deyil, informasiya və məlumat testləridir.
Ardı →

3. Narahatçılıq insanı hansı aqibətlərə gətirib çıxara bilər

Bir neçə il bundan əvvəl axşamçağı qonşum qapı zəngini çaldı və məni dilə tutmağa başladı. Mən və ailə üzvlərim çiçək xəstəliyinə qarşı peyvənd etdirək. O, Nyu-York mənzillərinin qapı zənglərini basıb xalqı xəbərdar edən minlərlə könüllülərdən biri idi. Qorxu hissinə qapılmış insanlar peyvənd iynəsini vurdurmaq üçün saatlarla həyəcanla növbə gözləyirdilər. Peyvəndetmə məntəqələri nəinki bütün xəstəxanalarda, hətta yanğına qarşı depolarda da, polis məntəqələrində və iri sənaye müəssisələrində də açılmışdı. İki mindən artıq həkim və tibb bacısı gecə və gündüz xalq kütlələrinə peyvənd etmək üçün fədakarlıqla çalışırdılar. Belə təlatümün səbəbi görən nə idi?


Ardı →

1. Ayrılıqda bu günlə yaşayın

1871-ci ilin yazında gənc bir adam kitabdan onun gələcəyini dəyişdirə biləcək on yeddi söz oxudu. O vaxtlar o, Monrealdakı xəstəxanada ümumi təmayül üzrə tibbi təcrübə keçirən tələbə idi. Onu aşağıdakı problemlər narahat edirdi:
— buraxılış imtahanlarını necə verməli
— harada işləməli
— öz təcrübəsini necə təşkil etməli
— yaşamaq üçün necə qazanc əldə etməli


Ardı →

Utanma

Millət olaraq utanma duyğusu genlərimizə qədər işləmişdir. Bu, millətimizə xas nəcibliyin əlamətidir. Bununla belə, hər duyğunun yerində və tələb edildiyi şəkildə istifadəsi zəruridir. Məsələn, mərhəmət duyğusu. Canavara qarşı mərhəmət göstərmək, onun iştahanı açar, sonra da dişinin kirayəsini istədər. Azğına mərhəmət onu daha da azğınlaşdırar və başqasına təcavüzə təşviq edər. Əli qanlı, üzü qanlı, könlü qanlıya mərhəmət bütün məzlumlara göstərilən qorxunc mərhəmətsizliyə çevrilər. Halbuki mərhəmət varlığın ilk mayasıdır. Onsuz hər şey bulamac və xaosdur. Hər şey mərhəmətlə var olar və mərhəmətlə varlığını sürdürər. Utanma duyğusu da belədir. Yerində işlədilərkən abı-həyat bəxş edən bir iksir kimi, sui-istifadə edilərkən isə düşüncələrimizi ölümə götürən zəhər kimidir.


Ardı →